Ronaldu əsrin ən yaxşı futbolçusu seçildi

28 Dekabr 2020 00:00 (UTC+04:00)

“Yuventus”un hücumçusu Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib.

Publika.az xəbər verir ki, müvafiq sorğunu “Globe Soccer” keçirib.

Səsvermədə Ronaldu 38% səs toplayıb. Onu 24% faiz səslə “Barselona”nın hücumçusu Lionel Messi izləyib. Üçüncü yerdə isə “Liverpul”un misirli forvardı Mohamed
Salah qərarlaşıb – 23%.

Eks “Barselona”lı Ronaldinyo 14% səs toplayıb və dördüncü olub.

2020-ci ilin ən yaxşı futbolçusu adını “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski, ən yaxşı məşqçisi ünvanını isə münhenlilərin çalışdırıcısı Hans
Diter Flik qazanıb.

Əsrin ən yaxşı baş məşqçisi Xosep Qvardiola olub.