"Sinovac" peyvəndləri Türkiyəyə çatdırıldı - VİDEO

30 Dekabr 2020 05:45 (UTC+04:00)

Çinin "Sinovac Biotech" Ltd firmasının istehsal etdiyi "Sinovac" peyvəndlərini Türkiyəyə daşıyan təyyarə Pekindən havaya qalxıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, inaktiv vaksinlərin ilk partiyası ötən gün Türkiyə saatı ilə 19:50 radələrində yola salınıb. Onun sözlərinə görə təyyarə 05:30 radələrində Esenboğa Hava Limanına enəcək.

"Çox vaxt dağları, okeanları və bəzən belə çətin anları birlikdə keçirik. Bayraq daşıyıcısı kimi ölkəmizə xidmət etməkdən qürur duyuruq. Yaxşı günlərə doğru uçuruq", - bu, Türkiyə Hava Yollarının mətbuat xidmətinin rəhbəri Yahya Üstün "Twitter"də etdiyi paylaşımda yer alıb.

Çoğu zaman dağları, okyanusları bazen de böyle zor zamanları birlikte aşıyoruz. Bayrak taşıyıcı olarak ülkemize hizmet sunmaktan gurur duyuyoruz. Güzel günlere uçuyoruz pic.twitter.com/edj5lMxKd4

— Yahya ÜSTÜN (@yhyustun) December 29, 2020