Erməni nazir Qarabağa gəlir

5 Yanvar 2021 13:41 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Ara Ayvazyan bu gün Qarabağa - Xankəndiyə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, yanvarın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan da iştirak edib.