Şəhər meri yayıma şalvarsız qoşuldu - VİDEO

6 Yanvar 2021 16:03 (UTC+04:00)

Belçikanın Antverpen şəhərinin meri Bart De Vever evdən video-müsahibə verib.

Publika.az-ın məlumatına görə, kamera qarşısına sadəcə köynəklə kifayətlənərək çıxan mer evinin güzgülərini nəzərə almayıb.

Beləliklə, onun şalvarsız vəziyyəti güzgüdən kameraya əks olunub.

B.D.Vever bu vəziyyəti yalnız aparıcının xəbərdarlığından sonra görüb: “Lənət olsun, güzgünün qarşısında oturmuşam. Bunu nəzərə almadım. İl xüsusilə xoşagəlməz anla başladı, bunu uzun müddət xatırlayacağam”.

Yerli siyasətçilərdən biri Xorxe-Luiz Boçer ironiya ilə bələdiyyə başçısından Belçika bayrağının rənglərində şort geyinməsini istəyib.

Zümrüd