Dünyanın ən varlı adamı dəyişdi - 188,5 milyard dollar sərvəti var

8 Yanvar 2021 12:24 (UTC+04:00)

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu Elon Mask dünyanın ən varlı adamı olub.

Publika.az xəbər verir ki, o, 188,5 milyard dollarlıq sərvəti ilə “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyub.

“Tesla”nın hissələrinin son 1 ildə bahalaşması Maskın sərvətini 150 milyard dollardan çox artırıb. Şirkətin hissələri 2020-ci ildə 743% bahalaşıb.

E.Mask ötən ay verdiyi müsahibədə sərvətinin əsl məqsədinin insanlığın kosmik səyahətlər edən mədəniyyətə təkamülünü sürətləndirmək olduğunu demişdi.

Qeyd edək ki, “Blumberq” milyarderlər indeksinin məlumatına görə, 2017-ci ildən bəri dünyanın ən varlı adamı Ceff Bezos olub.

Zümrüd