"Mançester Yunayted" bu futbolçularla yollarını ayırır

9 Yanvar 2021 03:13 (UTC+04:00)

İngiltərənin ən titullu kublarından olan "Mançester Yunayted" qapıçısı Serxio Romero və müdafiəçi Markos Roxo ilə bu yay başa çatacaq müqavilənin müddətini yenilməyəcək.

Publika.az ingilis mediasına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. Norveçli mütəxəssis sözügedən oyunçular üçün komanda axtardıqlarını bildirib.

Qeyd edək ki, M.Roxo 2014-cü ildən, S.Romero 2015-ci ildən Mançester təmsilçisində çıxış edir.