Rusiya hərbçiləri DƏHŞƏT YAŞADI - 4 ÖLÜ, 20 YARALI

12 Yanvar 2021 07:30 (UTC+04:00)

Moskva vilayətində yük avtomobilinin hərbi avtobuslarla toqquşması nəticəsində dörd hərbçi həlak olub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, yük avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolla hərəkət edən beş hərbi avtobusla toqquşub. Nəticədə 4 hərbçi həlak olub, 20 nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb edilib.