SON DƏQİQƏ: Pakistan HHQ-nin nümayəndə heyəti BAKIYA GƏLDİ

11 Yanvar 2021 19:12 (UTC+04:00)

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.