Azərbaycanda vəzifəli şəxsin 2 qardaşı öldü

12 Yanvar 2021 09:40 (UTC+04:00)

Milli Məclis Aparatının İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışan Fazil Səfərəliyevə ağır itki üz verib.

Publika.az xəbər verir ki, F.Səfərəliyevin qardaşları Nadir və Tofiq Səfərəliyevlər koronavirusdan vəfat edib.

Qeyd edək ki, Səfərəliyevlər ailəsi 1992-ci ildə Laçın rayonunun işğalından sonra Bakıya köçüb. Vəfat edən qardaşları müxtəlif vəzifələrdə çalışıblar.

Allah rəhmət eləsin!