Manana 13 illik həyat yoldaşından danışdı - VİDEO

12 Yanvar 2021 12:15 (UTC+04:00)

Əməkdar artist Manana həyat yoldaşı Georgi ilə evliliyinin 13 illiyinin tamam olmasını qeyd edib.

Publika.az xəbər verir ki, müğənni ürək sözlərini sosial şəbəkədə paylaşıb.

"Sevgi həyatımızı gözəlləşdirir. Bizim əvəzolunmaz sevgimizin artıq 13 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə, hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm. Dəyərli dostlar, gözəl insanlar, sizə sevgi dolu həyat diləyirəm", - sənətçi paylaşımında qeyd edib.

Qeyd edək ki, Manana və Georgi cütlüyünün qız və oğlan övladı var.