Pompeodan İrana ŞOK İTTİHAM

12 Yanvar 2021 11:30 (UTC+04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo İranı açıqlanan ABŞ kəşfiyyat sənədləri əsasında “Əl-Qaidə” terror qruplaşması ilə əməkdaşlıqda günahlandırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Pompeo İranı terror qruplaşmasına dəstək verməklə yanaşı, üzvlərinə sığınacaq verməkdə də günahlandıracaq.

Noyabr ayında “Nyu York Tayms” ABŞ kəşfiyyat orqanlarındakı mənbələrə istinadən “Əl-Qaidə” liderlərindən biri olan, Keniya və Tanzaniyadakı Amerika səfirliklərində terror hücumları təşkil etməkdə ABŞ-da şübhəli bilinən Əhməd Abdullahın İranda öldürüldüyünü yazmışdı. Qəzetin yazdığına görə, əməliyyat 7 avqustda Tehranda İsrail kəşfiyyat işçiləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücumlar 1998-ci ildə baş vermişdi. 12 Amerika vətəndaşı da daxil olmaqla, 224 nəfər hücumlarda ölmüşdü.

Zümrüd