Türkiyədə güclü zəlzələ oldu

12 Yanvar 2021 12:08 (UTC+04:00)

Türkiyədə zəlzələ olub.

Publika.az xəbər verir ki, Denizli bölgəsinin Pamukkale rayonunda 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 7.24 km dərinlikdə yerləşib.

Sarsıntılardan sonra vətəndaşlar küçələrə çıxıb.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası isə zəlzələnin 3,9 bal gücündə, yerin 1,9 km dərinliyində olduğunu açıqlayıb.

Zümrüd