Nazirliyin şöbə müdiri işdən çıxarıldı

12 Yanvar 2021 15:15 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova vəzifəsindən azad edilib.

O, nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyinat alıb.

Sözügedən şöbəyə rəhbərlik isə müvəqqəti olaraq Eldar Həsənova həvalə olunub.(Report)