ABŞ-da minlərlə insan öldü - Dəhşətli faktlar

13 Yanvar 2021 17:20 (UTC+04:00)

ABŞ-da son sutka ərzində 4 min 402 nəfər koronavirus səbəbilə vəfat edib.

Publika.az xəbər verir ki, bununla da pandemiyanın yayılmasından bəri ən yüksək gündəlik ölüm rəqəmi qeydə alınıb.

Birləşmiş Ştatlarda infeksiyadan ümumi ölüm sayı 389 min 621 nəfərə çatıb.

Rusiyada isə 2021-ci ilin rekord gündəlik ölüm faktı qeydə alınıb. Son sutkada 566 nəfər xəstəlik səbəbilə dünyasını dəyişib. Bununla da ümumi ölüm sayı 63 min 37 olub.

Zümrüd