Mərkəzi Banka 218 milyon manatlıq 37 mərtəbəli bina tikiləcək (YENİLƏNDİ)

14 Yanvar 2021 12:54 (UTC+04:00)

Azərbaycanda tikintisi planladırılan Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq.

Bunu tikintini həyata keçirəcək "Tekfen İnşaat" şirkətinin baş direktoru Mustafa Kopuz deyib.

O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək. bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.

Qeyd edək ki, binanın tikitinsinə 218 milyon manat vəsait ayrılacaq. "Tekfen İnşaat" şirkəti "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirib. (trend)

xxx

14.01.2021

Türkiyənin “Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platforması (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

Məlumata görə, layihənin dəyəri 218 milyon avro, yəni 440 milyon manatdır.(Report)