Məşhur milyarder vəfat etdi

13 Yanvar 2021 18:15 (UTC+04:00)

İngilis milyarder, “Telegraph Media Group”un sahibi Devid Berkli vəfat edib.

Publika.az xəbər verir ki, media maqnatı 87 yaşında əziyyət çəkdiyi xəstəlik səbəbilə dünyasını dəyişib.

Xəbəri yayan “Daily Telegraph” ətraflı detallara yer verməyib.

Qeyd edək ki, media holdinqinə “Daily Telegraph”la yanaşı, “Sunday Telegraph” qəzeti və “The Spectator” jurnalı da daxildir.

Devid və Frederik (sağdır – red.) əkiz qardaşları 27 oktyabr 1934-cü ildə Londonda şotland ailəsində dünyaya gəlib. Ataları səyyah olub. Cütlüyün daha səkkiz övladı var. Əkizlər 12 yaşlarında işləmək məqsədilə məktəbdən çıxıb. 1960-cı illərin əvvəllərində qardaşlar binaların təmiri, satın alınması və icarəsi ilə məşğul olublar. 2004-cü ildə “Telegraph Media Group”u alıblar.

2020 Milyarderlər Siyahısında yer alan qardaşların 7 milyard funt sterlinq sərvəti olduğu deyilir.

Zümrüd