Ədliyyə nazirini məhkəməyə verdilər

13 Yanvar 2021 17:49 (UTC+04:00)

Fransanın Ədliyyə naziri Erik Dupond-Moretti barəsində cinayət işi açılıb.

Publika.az xəbər verir ki, nazir qanunsuz gəlir əldə etməkdə günahlandırılır.

Hakim həmkarlar ittifaqlarının şikayətindən sonra Ali Məhkəmənin baş prokuroru François Molins Respublika Ədalət Məhkəməsində istintaq başladıldığını açıqlayıb.

Morettinin bir komissiya tərəfindən sorğuya çəkiləcəyi bildirilir.

Zümrüd