"WhatsApp"dan ŞOK ƏMƏL: Söhbətlər "Google"a sızıb

13 Yanvar 2021 23:13 (UTC+04:00)

"WhatsApp" tətbiqində yer alan qrup və istifadəçi profilləri söhbətlərinin "Google" axtarış sistemi vasitəsilə digər istifadəçilər tərəfindən əlçatan olması müəyyən edilib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bir müddət əvvəl kibertəhlükəsizlik üzrə araşdırmaçı Rajhekar Rajahariyanın məlumatına görə, bu problem tez bir zamanda tətbiq tərəfindən aradan qaldırılıb.

Məlumata görə, "WhatsApp" tətbiqində belə bir problem 2019-cu ildə də olmuşdu.