Fransa klubunda koronavirusa kütləvi yoluxma aşkarlandı

14 Yanvar 2021 05:45 (UTC+04:00)

Fransanın "Loryan" komandasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.

Publika.az kubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisində daha 4 futbolçunun testi müsbət çıxıb.

Bununla da virusa yoluxan oyunçuların sayı 11-ə çatıb. Onların hər biri karantinə alınıb.

Qeyd edək ki, "Loryan" klubu 19 turdan sonra 12 xalla 20 komanda arasında 19-cudur.