İrəvan hərbi əsirlər və itkin düşənlərdən belə istifadə edir

14 Yanvar 2021 14:53 (UTC+04:00)

Hərbi əsirlər və itkin düşənlər məsələsi İrəvan tərəfindən siyasiləşdirilir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan deyib.

Onun sözlərinə görə, hakimiyyət orqanlarının itkin düşənlərin kəmiyyət məlumatları barədə informasiyanın gizli olduğuna dair bəyanatı məsələnin siyasiləşdirilməsidir: “Bunun insani məqsəddən qaynaqlanması ehtimalı zəifdir. Ölkədəki yeganə işçi orqan İnsan Hüquqları Müdafiəçisi Bürosudur. Səlahiyyətli mütəxəssislərimiz var, amma burada da sistemli iş aparılmır”.

Zümrüd