"Güllələnmiş heykəllər" Şuşaya qaytarıldı - FOTO

15 Yanvar 2021 12:06 (UTC+04:00)

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib.