Türkiyədə dərslər başlayır - TARİX AÇIQLANDI

18 Yanvar 2021 08:48 (UTC+04:00)

"Məktəblərin 15 fevralda açılması ilə bağlı prinsipal qərar verdik".

Publika.az "TRT Haber"ə istinadla xəbər veri ki, bunu Türkiyə Milli Təhsil naziri Ziya Selçuk deyib.

O bildirib ki, 2 gün ənənəvi, 2 gün distant təhsil sistemi ilə məktəblərdə tədris bərpa olunur:

"Müəyyən siniflərdə tədrisi tədricən bərpa etmək kimi çox fərqli ssenarilərimiz var".

Nazir deyib ki, müəllim və şagirdlərin sağlamlığını riskə atmamaq üçün plan hazırlanıb.