Avro və rubl dəyər itirdi - MƏZƏNNƏ

18 Yanvar 2021 09:32 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Publika.az xəbər verir ki, avronun məzənnəsi 0,66 % azalaraq 2,0516 manat, Rusiya rublunun məzənnəsi isə 0,43 % geriləyərək 0,0231 manat təşkil edib.

Valyuta

Məzənnə

1 ABŞ dolları

1.7000

1 Avro

2.0516

1 Rusiya rublu

0.0231