Bakıda köşk yandı

19 Yanvar 2021 04:30 (UTC+04:00)

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyadan ibarət köşk və içərisində taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.