İnfeksiyaya yoluxma 96 milyonu keçdi

19 Yanvar 2021 09:35 (UTC+04:00)

Dünya miqyasında koronavirusa yoluxanların sayı 96 milyon 9 min 891-ə çatıb.

Publika.az xəbər verir ki, onlardan 2 milyon 49 min 349 nəfər dünyasını dəyişib.

68 milyon 630 min 134 nəfər isə sağalıb.

Hazırda 25 milyon 330 min 409 nəfərin müalicəsi davam edir. 112 min 68 nəfərin vəziyyəti kritik qiymətləndirilir.