Türk Şurası 20 Yanvar faciəsi ilə bağlı AÇIQLAMA YAYDI

20 Yanvar 2021 08:53 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar mesaj yayımlayıb.

Publika.az xəbər verir ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edildiyi mesajda deyilir:

“Qara Yanvar olaraq bilinən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliam ilə əlaqədar Türk Şurası olaraq Vətənləri uğrunda canlarını fəda edən Azərbaycanın bütün qəhrəman övladlarını hörmətlə yad edir, əziz xatirələri önündə hörmətlə baş əyirik”