20 Yanvar şəhidlərinin ruhu şaddır - Məlahət İbrahimqızı

20 Yanvar 2021 10:35 (UTC+04:00)

"31 il əvvəl Azərbaycan xalqı öz azadlığı, istiqlaliyyəti uğrunda ayağa qalxdı. 20 Yanvar tarixi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır: "1990-cı ildə onlarla bacı və qardaşlarımızın qanı bahasına Azərbaycan öz müstəqilliyini qazandı. 44 günlük müharibədə isə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 20 Yanvar tarixi Azərbaycan xalqının birlik simvoludur. 20 Yanvar şəhidləri Azərbaycan xalqı var olduqca qəlbimizdə yaşayacaq".

Tural Turan