Heç kimlə döyüşmək istəmirəm - HƏBİB

21 Yanvar 2021 05:45 (UTC+04:00)

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə açıqlamasına münasibət bildirib.

Publika.az "Sport24"ə istinadla xəbər verir ki, H.Nurməhəmmədov bu barədə əşrinə danışıb.

“Bu qədər məşğul olmuşam, neçə illərdir idmandayam. Bu idman növündə demək olar ki, hər şeyə nail olmuşam. Heç kimlə döyüşmək istəmirəm”, - deyə 32 yaşlı H.Nurməhəmmədov bilririb.

O əlavə edib ki, hazırda peşəkar idmana geri qayıtmaq üçün heç bir səbəb görmür. Üstəlik anasını məyus etmək istəmir.

“Həyatda yanımda olan ən dəyərli şəxs anamdır, gəlin, məni anamı məyus edəcək şeylər etməyə məcbur etməyin”, - deyə karyerasına başa vuran dağıstanlı idmançı vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin