Trampın övladları belə qorunacaq

21 Yanvar 2021 07:17 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsindən getməzdən əvvəl bütün övladlarının gizli xidmətin əməkdaşları tərəfindən altı ay müddətində qorunması ilə bağlı müvafiq memorandum imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “CNN” yüksək çinli məmura istinad edərək xəbər yayıb.

Ümumiyyətlə bu cür qoruma 16 yaşdan kiçik uşaqlara aid olur. Lakin, bu dəfə Trampın bütün övladları - Berron, İvanka, Donald, Tiffani və Erik də gizli xidmət tərəfindən qorunacaq.