Daha böyük müharibə qapılarımızı döyür - Ermənistanda ÇAXNAŞMA

21 Yanvar 2021 17:10 (UTC+04:00)

Aydındır ki, daha böyük müharibə qapılarımızı döyür.

Publika.az xəbər verir ki, bunu Ermənistanın “Ərik ölkəsi” partiyasının rəhbəri Zaruhi Postancyan deyib.

O, Qarsda baş tutacaq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə diqqəti yönəldib.

Partiya sədri baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və övladlarının dövlətin xüsusi himayəsində olduğunu, çünki onların da müəyyən dərəcədə dövlət sirrini daşıdığını xatırladaraq bildirib ki, ölkədəki hərbi vəziyyətin ləğv edilmədiyi şərtlərdə və müharibə şəraitində, hüquq-mühafizə sisteminin yüksək vəzifəli məmurlarından biri onların ölkəni tərk etməsinə icazə verib.

Qeyd edək ki, A.Akopyan yaxın zamanda Moskvaya səfər etmişdi.

Zümrüd