Paşinyan onların agentidir və 1 martda gedəcək - Qabrelyanovdan ŞOK

21 Yanvar 2021 17:33 (UTC+04:00)

“Paşinyan Serj Sarkisyanın rəhbərliyi altında ingilis kəşfiyyatı tərəfindən işə götürüldü və türklərə verildi”.

Publika.az xəbər verir ki, bunu rusiyalı jurnalist, “İzvestiya” qəzeti redaksiyasının direktorlar şurasının sədri Aram Qabrelyanov yanvarın 21-də jurnalistlərə verdiyi müsahibəsində iddia edib.

Onun sözlərinə görə, artıq bütün gizli kartlar açılıb: “Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsi Ermənistan ərazisindən Naxçıvana dəhliz açmaqdır. 1 marta qədər sənədi imzalayacaq və 1 martda “təşəkkürlər, salam əleykum, sağ olun” deyib pulu götürüb gedəcək”.

Zümrüd