Qarabağda daha 4 erməni meyiti tapıldı

22 Yanvar 2021 12:56 (UTC+04:00)

Qarabağda son döyüş əməliyyatlarının aparıldığı ərazidə daha 4 erməni hərbi qulluqçusunun cəsədlərinin qalıqları aşkarlanıb.

Publika.az xəbər verir ki, qalıqlar Cəbrayılda tapılıb.

Axtarışlar bu gün Füzuli, Laçın və Qubadlıda, həmçinin Uzuntala və Xanlıq kəndlərində davam edəcək.

Ümumilikdə, 14 noyabrdan bu günə qədər 1251 erməni hərbçisinin cəsədi və qalıqları tapılıb.

Zümrüd