Kömür mədəni uçdu: ölənlər var

22 Yanvar 2021 13:03 (UTC+04:00)

Rusiyada kömür mədəni uçub.

Publika.az xəbər verir ki, Kemerovo vilayətinin Leninsk-Keznetsk dairəsində S.D.Tixov adına daş kömür mədəninin uçması nəticəsində 3 nəfər ölüb.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə zamanı şaxtada 44 nəfər olub. Onlardan 41-i sağ çıxarılıb.