Fransada vaksinin yan təsirləri aşkarlandı

22 Yanvar 2021 16:33 (UTC+04:00)

“Pfizer/BioNTech” peyvəndinin yan təsirləri qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, vaksinasiya olunan şəxslərdən 135 nəfərdə yan təsirlər müşahidə olunub. Onlardan 9 nəfəri ölüb. Ölənlərin COVID-19 ilə yanaşı, ciddi xroniki xəstəliklərinin olduğu bildirilir.

Yan təsir göstərənlərdə yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur. Ümumilikdə, 31 ciddi yan təsir hadisəsi qeydə alınıb, bunlardan 4-ü taxikardiya olub.

Qeyd edək ki, Fransada vaksinasiya kampaniyası 27 dekabrda başlayıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə artıq 823 mindən çox insan vaksinasiyaya cəlb olunub.

Zümrüd