SON DƏQİQƏ: İranda DƏHŞƏTLİ PARTLAYIŞ

22 Yanvar 2021 17:24 (UTC+04:00)

İranın şərqində yerləşən petrokimya müəssisəsində partlayış olub.

Publika.az xəbər verir ki, Şimali Xorasan əyalətinin Bocnurd şəhərində fəaliyyət göstərən müəssisənin texniki nasazlıq səbəbilə partladığı bildirilir.

Partlayışın təsiri ilə 500 metr məsafədə yerləşən binaların pəncərə şüşələri qırılıb.

Ölü və yaralı olub-olmadığı ilə bağlı məlumat yoxdur.

Zümrüd