Şirvan şəhər İcra Hakimiyyəti təkzib etdi - TƏYİNAT OLMAYIB

22 Yanvar 2021 20:19 (UTC+04:00)

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb.

Publika.az xəbər verir ki, bu barədə Şirvan İH-nin rəsmi saytında məlumat verilib. “Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün A.Fərzəliyevanın İH başçısının müavini təyin edilməsi barədə məlumat yayılmışdı.