Federasiya Messini bağışlamadı

23 Yanvar 2021 05:22 (UTC+04:00)

İspaniya Futbol Federasiyası "Barselona"nın kapitanı Lionel Messini bağışlamayıb.

Publika.az xəbər verir ki, qurum klubun argentinalı hücumçuya qarşı 2 oyunluq cəzadan apellyasiya şikayətini rədd edib.

35 yaşlı forvard İspaniya Super Kubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub.

Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

İspaniya Kubokunda "Kornella" ilə oyunu (2:0) buraxan Lionel Messi yanvarın 24-də La Liqada "Elçe" ilə keçiriləcək matçda da meydana çıxa bilməyəcək.