"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

23 Yanvar 2021 03:08 (UTC+04:00)

"Milan" "Çelsi"nin müdafiəçisi Fikayo Tomorini icarəyə götürüb.

Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu mövsümün sonuna qədər "qırmızı-qaralar"da çıxış edəcək.

"Milan" 28 milyon avro ödəyib, İngiltərə millisinin üzvünün transfer hüququna sahib ola bilər.

Kanadada doğulan Nigeriya əsilli oyunçu "Çelsi"nin yetirməsidir. O, daha öncə "Brayton", "Hall Siti" və "Derbi"də icarədə olub.