Düşmənin QORXULU YUXUSU: Akar öz əlləriylə qaynağını etdi

23 Yanvar 2021 21:48 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə "İstanbul" freqatının açılış mərasimi baş tutub.

Publika.az-ın məlumatına görə, açılışda iştirak edən Milli Müdafiə naziri Hulusi Akar və ordu komandandanları fabrikdəki istehsalla tanış olublar.

Akar daha sonra fabrikdəki güc qrupu test mərkəzini ziyarət edib. "Fırtına" haubitsasında istifadə olunan 400 at gücündə "Vuran", 600 at gücündə "Azra" və 1000 at gücündə "Utku" motorları haqqında məlumat alıb, test proseslərinə qatılıb.

Nazir istehsalı davam edən yeni nəsil "Fırtına" haubitsasının 6-cı gövdəsinin qaynağını edib.

Hüseyn