Millimizin oyunlarına bu ölkə ev sahibliyi edəcək

24 Yanvar 2021 00:13 (UTC+04:00)

On yeddi yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Publika.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.

Qarşılaşmalar oktyabrın 5-12-də keçiriləcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.