ABŞ-da koronavirusa yoluxma sayı 25 milyona çatır

24 Yanvar 2021 06:16 (UTC+04:00)

ABŞ-da son sutka ərzində koronavirusa 186 891 yeni yoluxma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Ölkədə ümumi yoluxma hallarının sayı isə artıq 25 milyona yaxınlaşır (24 822 604). Son 24 saatda ölənlərin sayı 3 655 nəfər artaraq 414 117-yə çatıb.