Erməni müxalifəti növbəti avto-yürüşə başladı - VİDEO

24 Yanvar 2021 13:37 (UTC+04:00)

Erməni müxalifəti bu gün İrəvanda itaətsizlik avto-yürüşü keçirib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, yürüş iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Qeyd edək ki, ötən bazar günü də müxalifət analoji aksiya keçirmişdi. Nəticədə bir nəfər saxlanılaraq polis bölməsinə aparılmışdı.