Təyyarə qəzaya uğradı, futbolçular həlak oldu

25 Yanvar 2021 06:16 (UTC+04:00)

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb.

Publika.az “Globo” nəşrinə istinadla verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində (Tokantis ştatı) baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Bildirilib ki, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun "Palmas" klubunun prezidenti olub.