Erməni nəşrindən ŞOK ÇAĞIRIŞ: "Arsax"dan yalnız "A" hərfi qaldı

25 Yanvar 2021 22:12 (UTC+04:00)

"Minlərlə ölü, "Arsax"dan yalnız "A" hərfi qaldı, insanlar ən acınacaqlı şəraitdə yaşayırlar, əsirlikdə olan yüzlərlə hərbçi".

Publika.az xəbər verir ki, bununla bağlı "ArmenPress" Ermənistan vətəndaşlarına şağırış edib.

"Bu vaxt Anna "Agarka" Hakobyan axşamını klassik musiqi konsertində keçirir. Onun üçün hər şey qaydasındadır. Sən əgər bunun həqiqətən ədalətli olmadığını düşünürsənsə, deməli hələ də şansın var. 28 yanvar tarixində gəl Respublika meydanına. Ermənistanın sənə ehtiyacı var, vətən oğlu!"