İlin sonuna avtomobil idxalı iki dəfə azalacaq – Açıqlama

4 Avqust 2014 14:57 (UTC+04:00)

“Son iki ayda avtomobil bazarında passivlik nümayiş olunub. Bazara əsasən avro standartlarının tətbiqi, Mərkəzi Bankın kredit qadağası təsir edib”.

Bunu Publika.az-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin rəhbəri Ramil Osmanlı deyib. O bilidirib ki, payız aylarından bazarı təhlil edib qiymət vermək mümkün olacaq: “Lizinq yolu ilə satılan avtomobillərin qiyməti qalxıb. Əslində şirkətlər vəziyyətdən sui istifadə ediblər. Təkrar bazarda isə avtomobillərin qiymətinin düşməsi müşahidə edilir”.

O məlum oldu ki, ikinci rübün sonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə avtomobil idxalı 27 faiz azalıb: “Birinci rübdə Mrəkəzi Bankın məhdudiyyətləri, aprel ayında avro standartların tətbiqi idxala təsir edir. 27 faiz kifayət qədər böyük rəqəmdir. İlin sonuna doğru bu göstərici iki dəfə artacaq”.

İqtisadiyyat şöbəsi