Azərbaycanda 25 dövlət müəssisəsi satışa çıxarılır

27 Yanvar 2021 15:50 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 23 fevral tarixində təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 39-u isə səhmdar cəmiyyətidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin səhifəsindən tanış olmaq olar.