“Bayraktar TB2” Ukrayna donanmasında - FOTO

27 Yanvar 2021 19:36 (UTC+04:00)

Bu il Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz aparatlar kompleksini alacaq.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa Odessa şəhərindəki Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukraynanın Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək pilotsuz aparatlar kompleksini əldə edəcək”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

“Baykar Makina” şirkətinin Baş direktoru Xaluk Bayraktar isə deyib:

“Biz pilotsuz uçuş kompleksləri hazırlayırıq. Ukraynaya dəstək olaraq ən son texnologiyaları təqdim edirik. Biz qarşıya qoyduğumuz məqsədlərə birgə nail olmaq üçün Ukrayna tərəfdaşları ilə öz təcrübəmizi həmişə bölüşəcəyik”.