11 kiloqram həşiş müsadirə olundu

4 Avqust 2014 15:55 (UTC+04:00)

Cəlilabad rayon sakinindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Publika.az-a verilən məlumata görə, idarənin əməkdaşları İlyas Nağıyevin üzərindən narkotik maddə olan 11 kiloqram həşiş aşkar ediblər.

Tutulan şəxs ifadəsində həşişi İran vətəndaşından aldığını, Bakıya satmaq məqsədilə gətirdiyini bildirib.

İlyas Nağıyev barəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Simnarə