Kamil Öndərdən YENİ KƏŞF: Mutasiyanı 60 dəqiqəyə təyin edir

27 Yanvar 2021 21:00 (UTC+04:00)

Avstriyada "Procomcure Biotech" şirkətinin qurucusu və icraçı direktoru Dr. Kamil Öndər İngiltərədə mutasiyaya uğramış koronavirus növünü təsbit edən sürətli PCR testi hazırlayıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, yeni testlər sayəsində virusu 60-90 dəqiqə arasında müəyyən etmək mümkün olacaq.

"Bütün proses sıralamaya ehtiyac olmadan davam edir. Çox ucuz və çox sürətlidir. Bu böyük bir üstünlükdür. Sürətli test dünyada ilkdir. Testin istifadəsinin mövcud PCR testlərindən heç bir fərqi yoxdur. Yeni cihaza və ya əlavə təlimə ehtiyac olmadan laboratoriyalarda asanlıqla tətbiq oluna biləcək", - Öndər bildirib.