İsraildə 4 mindən çox yeni yoluxma qeydə alındı

29 Yanvar 2021 07:17 (UTC+04:00)

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 116 nəfər yoluxub.

Publika.az "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 624 814 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 545 381 nəfəri sağalıb, 4 612 nəfəri isə vəfat edib.